Elchi.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron dünən Səudiyyə Ərəbistanının baş naziri vəliəhd şahzadə Məhəmməd ibn Salman və Tvitter sahibi İlon Maskla görüşüb .
Makron Tvitterdə İlon Maskın görüşü ilə bağlı “Gəlin birlikdə işləyək” mesajını “Fransa seçin” həştəqi ilə paylaşıb. İlon Mask isə 15 iyunda Romada İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşdükdən sonra Makronla görüşmək üçün Fransaya gedib.
Dünən Fransa prezidenti Makron Parisdəki Yelisey sarayında Səudiyyə Ərəbistanının baş naziri vəliəhd şahzadə Məhəmməd bin Salman ilə iş naharında iştirak edib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi görüşlə bağlı açıqlama yayıb: “Əlahəzrət Vəliəhd Şahzadə və Fransa Prezidenti Parisdə keçirdikləri görüşdə iki ölkə arasında bütün sahələrdə tarixi və strateji əlaqələrin inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər.”
Nuranə Məmmədova




