Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa Rusiyaya Sankt-Peterburq şəhərinə səfər edib.
Bu barədə CAR prezident administrasiyası öz portalında məlumat yayıb.
Qeyd edək ki, altı Afrika ölkəsinin liderlərindən ibarət nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa səfər ediblər .
Bundan əvvəl afrikalı siyasətçilər Kiyevə səfər edib və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüblər. Onlar münaqişənin sülh yolu ilə həllini müzakirə ediblər.
CAR Prezidentinin Vladimir Putinlə ikitərəfli görüşü də planlaşdırılıb.





