"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məhəmməd Əmin Rəsulzadənin məzarından eşidilən inilti – FOTOLAR

21 Yanvar 2015 - 13:32
in MƏDƏNİYYƏT
Bu gün Azərbaycan Xalq Cumhueiyyətinin lideri Məhəmməd Əmin Rəsulzaədnin ölümündən 59 il keçir.скачанные файлы 1955-ci il, 6 mart gecə saat, saat  on birə on dəqiqə qalır…Bu zaman ayrılıq və xəstəliyin əldən saldığı zəif bir vücud sahibi üç dəfə “Azərbaycan! Azərbaycan! Azərbaycan!” deyərək dünyasını dəyişir.

Hər aldığı nəfəsi belə, Azərbaycanın adına bağlayan bir dahi həmin gecə üç dəfə bu sözü deyərək dünyadan köçür.

Ankara Universitetinin tibb  fakültəsində şəkər xəstəliyindən müalicə alan Rəsulzadə 71 yaşında dünyasını dəyişir.

Bu gün həmin tarixdən 59 il ötür. 1955 –ci ilin 6 mart tarixində üç dəfə söylənilən “Azərbaycan” kəlməsi 59 ildir ki, yol gəlir. Və yol gedə-gedə də özünün müdhiş funksiyasını yerinə yetirir.

Ömrünün son illərində də Rəsulzadə üzücü xəstəliyə baxmayaraq öz missiyasını layiqincə yerinə yetirir. Baxmayaraq ki, bu missiya ondan hər şeyi almışdı. Anası Maral xanım acından, xanımı Ümbülbanu isə ürəyi partlayaraq ölmüşdü. Oğlu Rəsul 21 yaşında ikən güllələnmiş, qızı Lətifə soyuqdan donaraq ölmüş, digər qızı isə itkin düşmüşdü. Bu dəhşətlərin hamısı məhz, bu ali missiyanın naminə edilirdi ki, Rəsulzadə də ömrünün sonuna qədər ona sadiq qalmaqla əsil dahi mərtəbəsinə yiyələnmişdi.

Ömrünün son illərində “Azadlıq” radiosunda etdiyi tarixi çıxış.

Rəsulzadənin məzarı  niyə inləyirdi?

Ötən əsrin 50-ci illəri… Artıq qoca Məhəmməd Əmin tək döyüşməkdən yorulub. Polyak xanımı Vanda və çiyin dostlarından başqa heç kimi düşündürmür. Hətta öləndə belə onun məzar başına getməyə qorxurlar. Ankaranın Əsri qəbristanlığındakı bu məzar belə kimlər üçünsə ləkəli idi. Amma Rəsulzadə irsinin araçdırıcısı Nəsiman Yaqublunun danışdığı bir əhvalat bu məzarın belə,nə qədər Azərbaycan fədaisi olmasına əyani sübutdur:

Ankaradan çıxan günü Əsri məzarıstanlığına – Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə vidalaşmağa getdim. Məzarın yanında dolanarkən qəfildən bir qoca yaxınlaşdı mənə. Sorğusuz, sualsız sözə başladı.

– Kecən il bu vaxtlar (yəni 1990-cı ilin yanvar ayı ) məzarıstanlığa gəlmişdim. Elə bu qəbrin yanından birdən inilti səsi eşitdim. Yaxınlaşıb bir az da diqqətlə qulaq asdım. Yanılmamışdım, səs bu qəbirdən gəlirdi. Ağrılı, şikayətli bir inilti səsi idi. Mən xoflanıb bu qəbirdən uzaqlaşdım. Bir müddət özümə gələ bilmədim. Əhvalatı kimə danışdımsa inanmadılar. Dedilər, səni qara basıb. Amma məni qətiyyən qara basmırdı. O qəbirdən inilti səsi gəlirdi:

Qəribə heyrət icində qocadan soruşdum:

– Siz kecən il yanvarın neçəsində olmuşdunuz burada?

Qoca dedi:

– Ayın ya on doqquzu idi, ya da iyirmisi. Çünki mən belə vaxt gəlib yaxın adamımın qəbrini ziyarət edirəm. Amma indiki kimi o səs yadımdadır. Qəbirdən ağrılı, şikayətli bir inilti səsi eşidilirdi.

Qoca bu sozləri deyib çıxıb getdi. Mən isə acı bir həqiqətin ağrısına bürünərək Ankaranın Əsri məzarıstanlığında, onun qəbri yanında donub qalmışdım. Və dərdli-dərdli düşünürdüm: Demək, ayın 20-si günü o qanlı yanvarda xalqımızın günahsız qanı axıdılanda qəbirdə rahatlıq tapmamısan. İgid oğullarımız düşmən gulləsinə nahaqdan hədəf tutulanda dözə bilməyib soyuq məzarda inildəmisən. Qeyrətli cavanlarımız al qan içində çırpınanda, analar ağu deyib fəryad qoparanda dayana bilməmisən, ağlayıb şikayətlənmisən”.


Elmin Nuri

P.S. Bu yazı ötən il martında dərc olunmuşdu, 20 yanvarla əlaqədar təkarar yayımlanıb. Şərh yazan oxucular bunu nəzərə alsınlar…(modern.az)

 

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qarabağla bağlı görüş

Next Post

Babəki söyən millət vəkilindən çağırış

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Babəki söyən millət vəkilindən çağırış

İşçi razılığı olmadan başqa işə keçirə bilər?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.