Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığından imtina etməsini təkzib edib.
Elchi.az News.am–a istinadən vəbər verir ki, o, jurnalistlərlə söhbətində “Xeyr, bu doğru deyil”,-deyib.
Peskovun sözlərinə görə, indiyə qədər telefon danışıqlarının aparılması ilə bağlı konkret təkliflər olmayıb.
Peskov onu da xatırladıb ki, Putin dünən xarici tərəfdaşlarla ünsiyyətə açıq olduğunu təsdiqləyib: “Həm Şolts, həm Makron, həm də onların nümayəndələri Rusiya ilə yüksək səviyyəli dialoqun davam etdirilməsinin vacibliyindən danışdılar. Biz bu nöqteyi-nəzəri bölüşürük”, – deyə Peskov bildirib.
Yeganə





