"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan zərbə endirəcək – Ermənilər qorxuda

17 İyun 2023 - 23:10
in ÖNƏMLİ

Ermənistan hərbi bölmələrinin son günlər vaxtaşırı olaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasının, xüsusilə “Laçın” postunda rus sülhməramlılarına belə atəş açılmasının nəticəsinin olacağına artıq erməni rəsmilər və politoloqlar da şübhə etmilər.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Elchi.az xəbər verir ki, Ermənistan rəsmiləri rus sülhməramlılara atəş açılmasına haqq qazandırmaq üçün ötən gün Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkini belə XİN-ə dəvət etmiş, guya sülhməramlıların “bu cür əməlindən ciddi narahat olduqlarını” bildirmişdilər. Erməni rəsmi təbliğatının iddiasına görə, guya Azərbaycan sərhədçilərinin Qurtuluş Günündə “Laçın” postunun bir neçə addımlığında qaldırmaq istədikləri Bayrağımızın yerləşdiyi ərazi “Ermənistanın sərhədləri daxilindədir”.

Ancaq hətta bu iddia haqlı olsa belə, bayraq qaldıran azərbaycanlı sərhədçiləri və onları müşayiət edən rus sülhməramlıları atəşə tutmağa əsas vermir. Əgər hər hansı irad varsa, bu, yerdə sülhməramlılara bildirilə, rəsmi şəkildə isə Azərbaycan tərəfinə çatdırıla bilərdi. Necə ki, az öncə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan azərbaycanlı həmkarı Şahin Mustafayevə “xüsusilə son vaxtlar gərginliyə səbəb olan sərhəd məsələləri ilə bağlı” demarkasiya komissiyalarının iclasını keçirməyi təklif edib.

Bu təklifin Azərbaycan sərhədçisini yaralayıb, rus sülhməramlılarını atəşə tutandan sonra göndərilməsi Ermənistan rəsmilərinin “ağıllanması” deyil, təxribatın nəticələrinin olacağını dərk etməyə başlamalarıdır.

Təsadüfi deyil ki, bunu xüsusi səfir Edman Marukyan da dilə gətirib. O bildirib ki, Azərbaycan MN yalnız iyun ayı ərzində Ermənistan hərbi birliklərinin 19 dəfə təxribat törətdikləri haqda məlumat yayıb.

Onun sözlərinə görə, xüsusilə 10 iyundan sonra bu cür xəbərlərin sayı artıb. Əlbəttə, Marukyan bunu “yalan” adlandırıb və iddia edib ki, bu, Azərbaycan Ordusunun ağır zərbəyə hazırlaşdığının sübutudur: guya Azərbaycan zərbədən öncə “informasiya təbliğatı” aparır.

Ancaq “Laçın” sərhəd-buraxılış məntəqəsində ermənilərin heç bir qanun-qayda pozmayan, silaha əl atmayan Azərbaycan sərhədçilərinin rus sülhməramlılarının müşayiəti ilə Bayraq asmasına qarşı ermənilərin təxribatının görüntüsünə hansısa bəhanə ilə haqq qazandırmaq mümkün deyil. Ortada fakt var və nə qədər qəribə də olsa, bu faktı – videogörüntünü tirajlayan da erməni tərəfidir. Məhz ermənilər azərbaycanlı sərhədçiləri və rus sülhməramlıları gülləbaran etmələrini fəxrlə tirajladılar.

İndi hansı təxribat törətdiklərini, bunun necə bir cavabının olacağını təxmin edirlər və bunun “siyasi-hüquqi” həll yollarını axtarırlar – amma informasiya və diplomatik yalanlara da davam edirlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Leyenlə danışdı

Next Post

ABŞ-ın Polşadakı səfiri LGBT icmasının paradında iştirak edib

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
ABŞ-ın Polşadakı səfiri LGBT icmasının paradında iştirak edib

ABŞ-ın Polşadakı səfiri LGBT icmasının paradında iştirak edib

İran və Səudiyyə Ərəbistanı arasında 7 ildə ilk görüş

İran və Səudiyyə Ərəbistanı arasında 7 ildə ilk görüş

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.