Ukraynanın Xerson vilayətinin 29 sakini Kaxovka SES-in infrastrukturunun dağıdılmasından sonra sahilyanı ərazilərin su altında qalması nəticəsində həlak olub.
Elchi.az Armenpress.am-a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Andrey Alekseenko bildirib.
“Təəssüf ki, qurbanların sayı 29-a çatıb. Alyoşada 12, Qolaya Pristanda 13, Novaya Kaxovkada 4 nəfər ölüb”.
Daha əvvəl 19 qurbanın olduğu bildirilirdi.
Alekseenkonun sözlərinə görə, qubernator səlahiyyətlərini icra edən Vladimir Saldonun qərarı ilə müəyyən edilən hər qurbanın ailəsinə 1 milyon rubl məbləğində təzminat ödəniləcək.
Yeganə






