ABŞ-ın Merilend ştatında sərnişin avtobusunun iki avtomobillə toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın Merilend ştatının Baltimor şəhərinin mərkəzindəki West Mulberry küçəsində avtobus yaşayış binasının qarşısında dayanan maşına, daha sonra isə başqa bir avtomobilə çırpılıb. Qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 17 nəfər xəsarət alıb.
Hadisə yerinə göndərilən yardım qrupları avtobusda sıxışan sürücünü xilas edib. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilsə də, qəza ilə bağlı araşdırmalara başlanılıb.
Məmmədova Nuranə




