İyunun 18-i saat 03:20-dən 04:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər və Şəmşəddin rayonları istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat növbəti yalandır, həqiqətə uyğun deyil.
Bu barədə Elchi.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd olunub.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...




