Kaxovka bəndinin dağılmasından sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanı lazımi humanitar yardımın çatdırılması üçün nəzarəti altında olan ərazilərə giriş icazəsi verməyə çağırıb.
Elchi.az xəbər verir ki, BMT-nin Ukraynadakı humanitar yardım koordinatoru “Denise Brown” verdiyi açıqlamada Ukraynada Kaxovka bəndinin dağılmasından sonra humanitar yardımın səmərəli çatdırılması üçün Ukrayna və Rusiya hökumətləri ilə əməkdaşlıq etdiklərini bildirib.
“Rusiya Federasiyası hökuməti indiyədək onun müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə giriş tələbimizi rədd edib”,-ifadəsini işlədən Braun ,BMT-nin lazımi giriş üçün səylərini davam etdirəcəyini bildirib.
“Biz Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun hərəkət etməyə çağırırıq”, – Braun bildirib.
Nuranə Məmmədova




