Vəziyyət 25% rütubətlə mürəkkəbdir.
Elchi.az xəbər verir ki, Artıq Hindistanın şimalında anomal istilər nəticəsində yüzə yaxın adam ölüb.
Uttar-Pradeş ştatında maksimal temperatur sıfırdan təxminən 43 dərəcə yuxarıda qeydə alınıb. Bu barədə “The Guardian” nəşri yazıb.
Həmçinin bildirilir ki, Biharda 2023-cü il iyunun 17-də havanın temperaturu +44,7 dərəcə qeydə alınıb. 25 faiz rütubətə görə vəziyyət nəzərəçarpacaq dərəcədə mürəkkəbdir.
Bundan əvvəl məlum olub ki, Hindistanda güclü siklon yaxınlaşması ilə əlaqədar Qucarat ştatından insanlar təxliyə edilib. Səkkiz mindən çox insan gözlənilən fəlakət ərəfəsində evlərini tərk edib.
Şayəstə Hüseynova





