Bu, ABŞ dövlət katibinin son 5 ildə Çinə ilk səfəridir.
Elchi.az xəbər verir ki,ABŞ dövlət katibi Entoni Blinkenin bazar ertəsi, iyunun 19-da Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü planlaşdırılır.
ABŞ dövlət katibi ilə Çin prezidenti arasında planlaşdırılan görüş barədə Dövlət Departamentinin sözçüsünə istinadən Reuters xəbər yayıb. Nəşr onu da qeyd edir ki, Blinkenin Çinə səfəri son beş ildə ilkdir.
Bundan əvvəl Çin Xalq Respublikasının Mərkəzi Televiziyası ABŞ-ın dövlət katibi Entoni Blinkenin Pekinə ikigünlük səfəri çərçivəsində Çinin xarici işlər naziri Qin Qanq ilə görüşdüyünü bildirib. Qeyd edək ki, ABŞ dövlət katibinin Çinə səfəri əvvəlcə fevral ayına planlaşdırılsa da, ABŞ hava məkanında Çin hava şarının vurulması ilə bağlı insident səbəbindən bu səfər təxirə salınmalı olub.
Şayəstə Hüseynova





