“NATO-nun arsenalları boşdur”.
Elchi.az Tass.ru-ya istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Almaniya Sənaye Assosiasiyasının konfransında bildirib.
Stoltenberq arsenalların Almaniyada və Alyansın bir çox başqa ölkələrində doldurulmasının zəruri olduğunu bildirdi.
Onun sözlərinə görə, NATO-ya daha güclü hərbi sənaye lazımdır.
Bunun üçün Stoltenberq həm NATO, həm də Ukraynanın müdafiəsini təmin edəcək müdafiə sahəsində əməkdaşlığa maneələrin aradan qaldırılmasının vacibliyinə diqqət çəkib.
Baş katib əlavə edib ki, bu yaxınlarda müdafiə sənayesinin nümayəndələri ilə görüşüb və qadağaların aradan qaldırılması məsələsini müzakirə edib.
Yeganə





