Amerika məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın işində sübut kimi istifadə olunan materialların dərcini qadağan edib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Qeyd edək ki, Trampı Ağ Evdən məxfi sənədləri çıxarmaq və təhqiqata mane olmaq ittihamı ilə 37 ittiham gözləyir.
“Dəlillər, ondan əldə edilən hər hansı məlumatla birlikdə, ABŞ-ın əvvəlcədən xəbərdarlığı və razılığı və ya məhkəmənin təsdiqi olmadan ictimaiyyətə və ya xəbər mediasına açıqlanmamal, hər hansı xəbər və ya sosial media platformasında yayılmamalıdır”,-deyə əmrdə bildirilib.
Yeganə






