Beş Avropa ölkəsi “Mistral” hava hücumundan müdafiə sistemlərini birgə almağa razılaşıb. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbəsinə istinadən məlumat yayıb.
Qeyd edildiyi kimi, Fransa, Belçika, Kipr, Macarıstan və Estoniya “Mistral” insan-daşınan hava hücumundan müdafiə raket sistemlərinin birgə alınması planları haqqında saziş imzalayıblar.
Sənəd beş ölkənin müdafiə nazirlərinin Parisdə keçirilən görüşünün əvvəlində tərəflər tərəfindən imzalanıb.
Mart ayında Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu bildirmişdi ki, ölkə hakimiyyəti 2023-cü ilin sonuna kimi hərbi texnikanın istehsalını iki dəfə artırmağı və çatdırılma müddətini sürətləndirməyi planlaşdırır.
Havar Şəfiyeva





