ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşə bilər.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
Görüş 21-22 iyunda Londonda baş tuta bilər.
Adının açıqlanmasını istəməyən diplomatik mənbələr bildiriblər ki, gündəmin əsas məqamı Türkiyənin İsveçin NATO-ya üzvlüyünə daim etiraz etməsidir. Mənbələr heç bir təfərrüat verməyib və görüşün kim tərəfindən tələb olunduğu barədə şərh verməkdən imtina ediblər.
Yeganə




