KTMT ölkələrinin xarici işlər nazirləri Minskdə keçirilən iclasda kosmosda silahlanma yarışının qarşısının alınması ilə bağlı bəyanat qəbul ediblər.
Elchi.azxəbər verir ki, nazirlər həmçinin Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat qəbul ediblər.
İclasda KTMT ölkələrinin Xarici İşlər nazirliklərinin rəhbərləri “Sülh naminə birlikdə” medalının təsis edilməsi, qurumun büdcəsinin dəyişdirilməsi, KTMT katibliyində kvota vəzifələrinin bölüşdürülməsi haqqında qərar layihələrinə baxıblar.




