Hamıya məlumdur ki, Ermənistan müstəqilliyini əldə etdiyi dövrdən bəri heç vaxt həqiqi müstəqilliyə nail olmayıb. 44 günlük müharibədən sonra da kağız üzərində olan müstəqil olmaq şansını da günü-gündən itirməkdədir”.
Elchi.az xəbər verir ki, bunu Faktmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Millət vəkili həmçinin əlavə edib:
“Erməni mediasında Ermənistanda tikilən zavodun ərazisində başqa ölkələrin bayrağının asılması ilə bağlı məlumatlar yayılmaqdadır. Biz bilməliyik ki, Ermənistan heç vaxt müstəqil olmayıb. İstər ərazidə tikilən zavod və fabriklərdə başqa ölkələrin bayraqların qaldırılması, istər sərhədin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən qorunması, istər Avropa İttifaqı və xüsusilə Fransanın canfəşanlıq edərək missiya adı altında Ermənistan ərazisində yerləşməsi onu sübut edir ki, Ermənistan heç vaxt özünü müstəqil dövlət kimi apara bilmir. Hətta vəziyyət o hala çatıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan razılığını bildirsə də, ancaq İran öz etirazlarını bildirib və bundan sonra narazılıqların artmasının şahidi oluruq. Ermənistanın bu vəziyyətdə olması ancaq öz günahıdır. Qeyd edək ki, Ermənistan özünü təcrid siyasətinin yetirməsini hələ də davam etməkdədir”.




