Meksikadakı son istilər nəticəsində həyatını itirənlərin sayı 37-yə yüksəlib.
Elchi.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, xüsusilə ölkənin şimal-qərbi və cənub-şərqində rekord temperaturlara görə can itkisi sürətlə artır.
İyunun əvvəlindən təsirli olan həddindən artıq istilər 37 nəfərin ölümünə səbəb olub.
Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkə üzrə günvurma şikayəti ilə xəstəxanalara 426 nəfərin müraciət etdiyi, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Açıqlamada ölkənin Verakruz əyalətində havanın temperaturunun 43 dərəcəyə çatdığı və burada 14 nəfərin, Tabasko əyalətində 8 nəfərin, Oaxaca, Tamaulipas və Coahuila ştatında 3 nəfərin, Sonora, San Luiz Potosi və Sinaloada 2 nəfərin öldüyü bildirilib.
Milli Meteorologiya Xidməti (SMN) ölkə miqyasında isti dalğasının daha 10-15 gün davam edəcəyini açıqlayaraq, xroniki xəstələrin məcburi olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.
Nuranə Məmmədova




