“ABŞ prezidentinin oğlu Hunter Bayden illərdir atasına və digər qanunvericilərə çıxış satan xarici agentdir. Və Federal Təhqiqatlar Bürosu bu barədə bilirdi. Lakin Hunter Baydenə qarşı ittihamlar hələ irəli sürülməyib və heç vaxt da irəli sürülməyəcək”.
Elchi.az-ın Ria.ru-ya istinadən xəbərinə görə, bu fikirləri “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson Tvitter səhifəsində yazıb.
Karlson qeyd edib ki, Hunter Bayden xarici agent olub, lakin heç vaxt qeydiyyatdan keçməyib: “Ədliyyə sistemi ədalətli olsaydı, Hunter Bayden FARA-nı (Xarici Agentlərin Qeydiyyatı Aktı) pozmaqda ittiham olunanlar siyahısında birinci olardı”.
Keçmiş aparıcı vurğulayıb ki, son vaxtlar ABŞ Ədliyyə Nazirliyi qeydiyyat olmaması səbəbindən insanları həbsxanaya göndərməyə başlayıb. Baxmayaraq ki, ABŞ-da onilliklər ərzində demək olar ki, heç kim xarici agent kimi qeydiyyatdan keçməyib.
Jurnalist bildirib ki, Co Baydenin oğlu Hunter Bayden illərdir ki, atasına və digər qanunvericilərə çıxış imkanlarını çinlilərə, ukraynalılara və dünya ölkələrinə satır. Eyni zamanda, xüsusi xidmət orqanları hələ kiçik Baydenə qarşı ittiham irəli sürməyib: “Və bunu heç vaxt etməyəcəklər”,-deyə Karlson qeyd edib.
Yeganə





