“İstənilən dövlətin NATO-ya daxil olma prosesi unikaldır. Bu bəyanatı Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaq istəyinə aid etmək olar”.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, bu fikirləri Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlərin Ukraynanın alyansa daxil olması perspektivləri ilə bağlı sualını cavablandırarkən deyib.
Sabrina Sinq vurğulayıb ki, Kiyevin NATO-ya daxil olmaq üçün öz yolu olacaq. Pentaqonun sözçüsü bildirib ki, hazırda ABŞ administrasiyası Ukraynaya hərbi yardımın verilməsinə diqqət yetirib. Sinqin sözlərinə görə, İsveçin NATO-ya daxil olması istiqamətində irəliləyiş ABŞ-ı böyük həvəsə gətirib.
Xatırladaq ki, iyunun 19-da NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyansın iyulda keçiriləcək sammitində Ukrayna-NATO Şurasının yaradılması, Ukraynanı alyansa cəlb etmək və çoxillik proqram təqdim etmək planlaşdırılır.
Yeganə






