Ötən həftə Yunanıstan sahillərində baş verən miqrant qayığı qəzası ilə əlaqədar saxlanılan 9 şübhəlinin tutulmasına qərar verilib.
Elchi.az xəbər verir ki, Yunanıstan Dövlət Agentliyinin “AMNA”-nın xəbərinə görə, şübhəlilərin ifadə verməsi və qərar qəbul etməsi 13 saat çəkib.
Kalamata prokuroru və İstintaq Hakimi qayıqdan qaçaraq “immiqrant qaçaqmalçılığı” ittihamı ilə saxlanılan 9 şübhəlinin həbsinə qərar verib.
Xatırladaq ki, iyunun 14-də qeyri-qanuni miqrantları daşıyan balıqçı qayığı Yunanıstanın Peloponnes adasında Navarino şəhərindən 47 dəniz mili aralıda beynəlxalq sularda çevrilib. Balıqçı gəmisində olan 104 nəfər xilas edilərək Kalamata limanına gətirilib, hadisədən sonra aparılan araşdırmalarda 82 nəfərin cəsədi tapılıb.
Qeyri-kommersiya “Alarm Phone” şirkətinin məlumatına görə, təyyarədə təxminən 700 nəfər olub.
Nuranə Məmmədova





