"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan vətəndaşları kreditlərin girovuna çevriliblər

21 Yanvar 2015 - 20:54
in İQTİSADİYYAT

img1728656Əhalinin banklara 18 milyard manat kredit borcu var

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

2014-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4,8 faiz artaraq, 39,4 milyard manata çatıb.
Dövlət Statistika Komitəsinin 2014-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı xülasəsində bildirilir ki, əhalinin hər nəfərinə düşən məbləği isə, 3,5 faiz artaraq, 4180,5 manata çatıb. Gəlirlərin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilərə, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.
Əhalinin banklardakı əmanətləri 2014-cü ilin on bir ayının göstəriciləri ilə müqayisədə 10,4 faiz artaraq, 7,1 milyard manata çatıb. Əmanətlərin 4,5 milyard manatını və ya 63,2 faizini milli valyuta, 2,6 milyard manatını isə xarici valyuta təşkil edib və vəsaitlərin 5,4 milyard manatı özəl banklara qoyulub.
Xülasədə diqqət çəkən maraqlı məqam yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği ilə bağlıdır. Bu məbləğ 19,1 faiz artaraq, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla, 18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib, 5,4 faizinin isə ödəmə vaxtı keçib.
Ekspert Samir Əliyevin sözlərinə görə, əhalinin gəlirlərinin ilbəil artmasına rəğmən, artım tempinin getdikcə azalması, xərclərin isə artması müşahidə edilir: “2012-ci ildə gəlirlərin artımı 13,8 faiz olduğu halda, sonrakı illərdə azalaraq, 2013-cü ildə 8 faiz, 2014-cü ildə isə 4,8 faiz təşkil edib. Gəlirlərin strukturuna diqqət yetirdikdə məlum olur ki, son istehlak xərclərinin artımı, yığım imkanlarının isə məhdudlaşması baş verir. 3 il öncə gəlirlərdə son istehlakın payı 61 faiz olduğu halda, ötən il onun payı artaraq, 68,8 faizə yüksəlib.
Əmanətlərin və kapitalın artırılmasına yönəldilən gəlirlər isə azalaraq, 2012-ci ildəki 29,3 faizdən 20 faizə düşüb. Bütün bunlar xərclərin sürətlə artmasını göstərir.
Bəs, bu xərclər nəyin hesabına artır?
Əlbəttə, ilk növbədə malların və xidmətlərin bahalaşmasını göstərmək olar. İkinci səbəb kimi isə, əhalinin kütləvi şəkildə kreditləşməyə üz tutmasıdır.
Hətta Mərkəzi Bankın istehlak kreditinə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər onun sürətlə artmasının qarşısını ala bilmir. İstehlak kreditlərinin artım tempinin, əhalinin gəlir tempini üstələməsi narahatçılıq doğurur”.
Ekspertin sözlərinə görə, əhalinin gəlirləri ötən il cəmisi 4,8 faiz artdığı halda, istehlak kreditlərinin artımı 23-24 faizə yaxın olub: “İnsanlar istehlak tələbatını faktiki olaraq, kreditlər hesabına ödəyirlər. Ötən il əhali öz gəlirlərinin təxminən 20 faizi məbləğində borclanmaya gedib. Halbuki 2010-cu ildə borclanmanın həddi 10 faizdən bir qədər çox olmuşdu. Artıq bu hədd ciddi siqnaldır. Getdikcə kreditlər insanların gəlir mənbəyinə çevrilir. Bu kreditləri isə, gəlir olmadan qaytarmaq mümkün olmur. Beləliklə də insanlar kreditlərin girovuna çevrilirlər”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Davosda Azərbaycan avtobusları – Foto

Next Post

Dvorkoviç: “Rusiya ABŞ-la çətin dövrünü yaşayır”

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Dvorkoviç: “Rusiya ABŞ-la çətin dövrünü yaşayır”

Rəcəbov erməni şahmatçısı ilə xalları bölüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.