"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir

22 İyun 2023 - 10:23
in İQTİSADİYYAT

Azərbaycanda ödəniş xidmətlərinə 7 xidmət aid ediləcək.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin xidmətlər aşağıdakılardır:

– ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;

– kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;

– ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;

– pul köçürməsi;

– elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;

– ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;

– hesab üzrə məlumat xidməti.

Bundan başqa, sənəddə deyilir ki, bu qanunun məqsədləri üçün aşağıda qeyd olunanlar ödəniş xidməti hesab edilmyəcək.

– ödəyici tərəfindən birbaşa vəsait alanın xeyrinə nağd formada həyata keçirilən ödəniş əməliyyatları;

– ancaq ödəyici və ya vəsait alanın adından malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üzrə müqavilələri bağlamaq səlahiyyəti olan ticarət nümayəndəsi (agenti) vasitəsilə ödəyici tərəfindən vəsait alanın xeyrinə həyata keçirilən ödəniş əməliyyatları;

– ödəniş hesabı olmadan nağd formada aparılan valyuta mübadiləsi əməliyyatları;

– normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada vahid xəzinə hesabında açılan və aparılan əlavə dəyər vergisinin depozit hesabı üzrə, həmçinin əlavə dəyər vergisinin qaytarılması ilə bağlı əməliyyatlar;

– akkreditiv, inkasso, çek və veksellər ilə aparılan ödəniş əməliyyatları;

– ödəniş sistemlərinin iştirakçıları arasında aparılan ödəniş əməliyyatları, habelə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bank xidmətləri göstərilən şəxslərin pul vəsaitlərinin AMB-də olan ödəniş hesabına nağd formada mədaxil və (və ya) məxaric edilməsi üzrə ödəniş əməliyyatları;

– qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar tərəfindən həyata keçirilən qiymətli kağızlar üzrə əməliyyatlardan irəli gələn ödənişlər, o cümlədən dividendlər və faizlərlə bağlı ödəniş əməliyyatları;

– emitentin öz təsərrüfat subyektlərində (obyektlərində) malların alqı-satqısı və xidmətlərin göstərilməsi üzrə hesablaşmalarda istifadə olunan ödəniş alətlərinə əsaslanan xidmətlər;

– mobil rabitə operatoru tərəfindən abunəçiyə telekommunikasiya xidmətlərindən əlavə rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alqısı üzrə və xeyriyyə fəaliyyəti çərçivəsində təqdim edilən ödəniş əməliyyatları (bu şərtlə ki, həmin ödəniş əməliyyatlarının məbləği AMB-nin normativ xarakterli aktları ilə müəyyən edilmiş məbləğdən artıq olmasın);

– ödəniş xidməti təchizatçıları onların filialları və (və ya) ödəniş agentləri arasında aparılan ödəniş xidməti istifadəçilərinin ödəniş sərəncamının icrası ilə bağlı olmayan ödəniş əməliyyatları;

– müştəri əməliyyatları ilə bağlı olmayan əsas cəmiyyətlə onun törəmə cəmiyyətləri və ya əsas cəmiyyətin törəmə cəmiyyətləri arasında onlarla eyni şirkətlər qrupuna aid ödəniş xidməti təchizatçısının iştirakı ilə aparılan ödəniş əməliyyatları;

– bir və ya bir neçə ödəniş kartı emitentinin adından çıxış edən və ödəniş xidməti istifadəçisi ilə müqavilə bağlamayan təşkilatlar tərəfindən ödəniş xidməti istifadəçilərinə ödəniş terminalı vasitəsilə nağd pul vəsaitinin əldə edilməsi üzrə göstərilən xidmətlər, bu şərtlə ki, müvafiq təşkilatlar tərəfindən bu Qanunda nəzərdə tutulan xidmətlər göstərilməsi;

– ödəniş xidmətlərinin göstərilməsini dəstəkləmək məqsədilə texniki xidmət təchizatçıları tərəfindən köçürmə prosesinin hər hansı anında köçürülən vəsaitlərə sahiblik etmədən təqdim olunan xidmətlər (bu xidmətlərə məlumatların emalı, saxlanması, autentifikasiyası, təhlükəsizliyinin təmin edilməsi, o cümlədən ödəniş xidmətlərinin təminatında istifadə olunan informasiya texnologiyaları, rabitə şəbəkəsi, habelə texniki cihazların təchizatı və dəstəklənməsi daxildir).

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilər yenə fortifikasiya quraşdırmağa cəhd etdi

Next Post

Titan sualtı qayığında son vəziyyət

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Titan sualtı qayığında son vəziyyət

Titan sualtı qayığında son vəziyyət

Bu ərazilərimizə güclü yağış yağdı

Zaqataladan sel keçdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.