Çinin İnçuan şəhərində restoranda baş verən partlayış nəticəsində 31 nəfər ölüb.
Elchi.az xəbər verir ki Çinin Ningxia Hui Muxtar Bölgəsinin mərkəzi Yinçuan şəhərində restoranda şiddətli partlayış baş verib. Partlayışda aralarında orta məktəb şagirdlərinin də olduğu 31 nəfər həyatını itirib. Xəsarət alan 7 nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
İlk təsbitlərə görə, partlayışa səbəbin qaz sızması olduğu açıqlanıb. Bildirilib ki, restoran işçiləri hadisədən təxminən bir saat əvvəl qırılan klapandan sızan qazın iyini hiss ediblər və klapan dəyişdirilərkən partlayış baş verib. Hadisə ilə bağlı restoran sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.
Hadisə ilə bağlı restoran sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb. Çin prezidenti Si Cinpin 31 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra yaralıların müalicəsi üçün səfərbərlik əmri verib. Xi qəzanın səbəbinin tez bir zamanda müəyyən edilməsini və hadisədə iştirak edənlərin məhkəmə qarşısında cavab verməsini tələb edib. Müvafiq bölmələrin əməyin mühafizəsini artırmaq üçün çalışmalı olduğunu bildirən Si Cinpinq hər cür risk və gizli təhlükənin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Nuranə Məmmədova





