ABŞ dövlət katibi Antoni Blinkenin səfəri zamanı tərəflər iqtisadi və geosiyasi rəqabət sahələrində mövqelərini yeniləsələr də, gərginliyin qarşısını almaq üçün hərbi kommunikasiya kanallarının bərpasında heç bir irəliləyiş əldə edə bilməyiblər.
Elchi.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinkenin iyunun 18-19-da Pekinə səfəri iki ölkə arasında diplomatik əlaqənin qurulması istiqamətində atılan addım kimi qiymətləndirilsə də, əsaslı fikir ayrılıqlarının və gərginliyin azaldılmasında ciddi nəticə verməyib.
ABŞ nazirinin səfəri zamanı tərəflər iqtisadi və geosiyasi rəqabət sahələrində mövqelərini yeniləyərkən, gərginliyin qarşısını almaq üçün hərbi kommunikasiya kanallarının bərpasında heç bir irəliləyiş əldə etməyiblər.
Blinkenin səfərindən günlər sonra prezident Baydenin çinli həmkarını “diktator” adlandırması bu səfərin iki ölkə arasındakı dərin inamsızlığı aradan qaldırmadığının göstəricisi kimi şərh edilib.
Nuranə Məmmədova





