"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xalq artisti işdən niyə çıxarıldı? – Açıqlama

22 Yanvar 2015 - 10:03
in MƏDƏNİYYƏT

Tanınmış aktyor, Xalq artisti Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrından işdən çıxarılıb. Teatrda işlədiyi müddətdə 70-ə yaxın1421843714valeh-mosu obraz canlandıran aktyor işdən çıxarılması ilə bağlı Kult.az-a açıqlama verib. “Məni yaşıma görə teatrda işdən azad elədilər. Başqa səbəb yoxdur, ancaq yaş məsələsi. Mənim 70 yaşım oldu. 70 yaşa da mükafat bu olur da: İşdən çıxarmaq. 70 yaşlı aktyorun yubileyini edərlər, mükafat verərlər, amma bizdə də belədir də”. Valeh Kərimovun sözlərinə görə, ona əvvəlcədən heç nə deyilməyib: “Ayın əvvəlində müdiriyyət məni çağırdı ki, Valeh müəllim, sizin 70 yaşınız tamam olub və qanuna görə biz sizi işdə saxlaya bilmərik. Mən də dedim, sağ olun. Saxlaya bilmirsinizsə, saxlamayın. Minnətdaram. Mənim ad günüm yoxdur. Şəxsiyyət vəsiqəsində mənim ad günüm qeyd edilməyib. Ancaq 1944-cü ildə anadan olmuşam, 2014-cü ilə də 70 yaş edir. Dedilər, indi hörmət kimi ilin axırına qədər saxlamışıq. İlin axırında 70 yaş tamam oldu, saxlaya bilmərik sizi”. Aktyor qeyd edib ki, ona müqavilə yolu ilə işləmək də təklif olunmayıb. “Müqaviləli iş sisteminə keçmək istəsəydilər, elə o gün deyərdilər ki, sizi belə saxlaya bilmərik, amma müqavilə əsasında əməkdaşlığa davam edə bilərik. Hər bir təşkilatın, idarənin müqaviləli işçi saxlamaq imkanı, ixtiyarı var. Yəni elə həmin gün məni müqavilə sisteminə keçirə bilərdilər, amma onlar mənə dedi ki, sizin tamaşanız olduqda baxarıq müqaviləyə və s. Mən də ona razı olmadım. Çünki o müqavilə üçgünlük, beşgünlükdür. Deyəcəklər, iki ay bizə lazımsan, gəl işlə və s. O da mənə sərf eləmir. Onun nə mənası var? Açıldığı gündən Sumqayıt Dövlət  Dram Teatrında işləyən yeganə aktyor mənəm. Məndən sonra gəliblər, gediblər. Ancaq mən orda açılış günündən, ilk tamaşadan bəri 45 ildir ki, işləyirəm. Sumqayıt teatrında ilk tamaşa 1969-cu il martın 14-də olub. Mən həmin tamaşada rol almışam. O teatrdan Xalq artisti ünvanını alan ilk aktyor mənəm. İndi də məni 70 yaşımda işdən azad elədilər”. Valeh Kərimov təklif olacağı təqdirdə başqa teatrlarla işləyə biləcəyini də bildirib. “Müqavilə ilə mümkün olsa, başqa teatrlarda işləyərəm. Mənim hələ canım sağdır, dilim söz tutur, ağlım işləyir, sağlamlığım da yerindədir. İşləyə bilərəm. Ola bilər, rayon teatrlarında və ya başqa hardasa lazım olsa, müqavilə ilə gedib işləyə bilərəm”. Sumqayıt Dövlət Dram Teatrından isə Valeh Kərimovla müqavilə əsasında əməkdaşlığı davam etdirəcəklərini bildiriblər. Qeyd edək ki, tanınmış aktyor Valeh Kərimov 1944-cü ildə Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb. 1990-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Respublikanın Xalq artisti fəxri adına, həmçinin Prezident mükafatına layiq görülüb. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olan aktyor karyerası boyu 70-ə yaxın obraz canlandırıb. Valeh Kərimovu tamaşaçılara tanıtdıran və sevdirən isə rejissor Ramiz Əzizbəylinin “Bəxt üzüyü” filmindəki “Moşu Göyəzənli” obrazı olub.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Atəşkəs rejimi 106 dəfə pozulub

Next Post

Miniatür Kitab Muzeyi Ginnesin Rekordlar Kitabında

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Miniatür Kitab Muzeyi Ginnesin Rekordlar Kitabında

Neft yenidən bahalaşdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.