ABŞ prezidenti Co Bayden Hindistanın baş naziri Narendra Modini qəbul etdiyi Ağ Evdə deyib: “Dini etiqad azadlığı həm Hindistan, həm də ABŞ üçün əsas prinsipdir”.
ABŞ qlobal rəqibi Çinə qarşı Asiya ölkələrində effektivliyini artırmaq üçün diplomatik təmaslarını davam etdirir.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Hindistanla müdafiə, iqtisadi və ticarət əlaqələrini gücləndirmək üçün Vaşinqtonda Ağ Evdə Hindistanın baş naziri Narendra Modini qəbul edib.
Hindistanın baş naziri Modi üçün Ağ Evdə 7 min adamın qarşısına qırmızı xalça döşədən Bayden Modi ilə birlikdə açıqlama verib. İki ölkə arasında əlaqələri gücləndirmək üçün görüşdüklərini ifadə edən Bayden, “Bu dövrdə dünyanın qarşısına çıxan çətinliklər və imkanlar Hindistan və ABŞ-ın birlikdə çalışmasını və liderlik etməsini tələb edir”. Bayden deyib: “Hər iki xalqın tarix boyu hər cür çətinliklə mübarizə aparmasına baxmayaraq, qanun qarşısında bərabərlik, ifadə azadlığı, dini plüralizm və fərqliliklər əsas prinsiplər əsasında inkişaf etmişdir. Dini etiqad azadlığı həm Hindistan, həm də ABŞ üçün əsas prinsipdir”.
Modi isə ABŞ-a səfərindən məmnunluğunu ifadə edərək, “Bu gün Ağ Evdə keçirilən bu möhtəşəm qarşılanma mərasimi Hindistanda 1,4 milyard insan üçün qürur mənbəyidir. Bu, ABŞ-da yaşayan 4 milyondan çox hind əsilli insan üçün də şərəfdir. Buna görə çox minnətdaram”, – deyə o bildirib.
İki lider daha sonra ikitərəfli görüşlər keçirmək üçün Ağ Evdəki Oval Ofisə gedib. Bayden və Modi görüşdən sonra mətbuata açıqlama verəcəklər.
Nuranə Məmmədova




