"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Şeir oxumayın, müasir biliklər qazanın” – Deputat çağırış etdi

22 İyun 2023 - 23:20
in CƏMİYYƏT

 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“İndiki gənclərin daha çox xaricə üz tutmasına təbii hal kimi baxmaq lazımdır. Bu proses həmişə baş verib, amma ölkələrin qapalı olduğu zamanlarda bu hərəkətlənmə o qədər intensiv deyildi. Biz hansı dövrdə yaşadığımızın fərqində olmalıyıq. Hazırda  bəşəriyyətin həyatında baş verəcək hərtərəfli əsaslı dönüş erasının ərəfəsində yaşayırıq”.

Elchi.az xəbər verir ki, bunu Faktmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat həmçinin əlavə edib:

“XXI əsrin əvvəllərindən bu günədək  elmi-texniki tərəqqinin sürətləndiyi göz qabağındadır. Qlobal informasiya məkanında sərhədlər silindiyi kimi ölkələr arasındakı sərhədlər də silinmək üzrədir. Müasir insan, xüsusən gənclik artıq lokal çərçivədə gündəlik məişət problemləri səviyyəsində düşünmür, o qlobal cəmiyyət və bu cəmiyyətdə insanın yeri və rolu haqqında daha geniş miqyasda və ölçülərdə düşünməyə meyllidir və bu çox pozitiv bir tendensiyadır. Gəncliyin dünya və həyat haqqında təsəvvürləri artıq əcdadlarından bu günə qədər yaşanan ənənəvi həyat tərzi və şərtlərinə sığışmır, gənclik günbəgün, saatbasaat dəyişən  və daim genişlənməkdə olan meqa-sosiumda öz yerini tapmağa can atır. Bu məsələnin fəlsəfi tərəfidir. Praktikaya gəldikdə, gənclərimiz yaxşı anlayırlar ki, elmi- texnoloji inkişafın sürətləndiyi bir dövrdə hadisələrin inkişafından baş çıxarmaq, həyatda uğur qazanmaq, bütün təbii arzu və istəklərini reallaşdırmaq üçün şeir əzbərləmək yox, müasir praktik və tətbiqi biliklərə yiyələnmək lazımdır. Bu biliklər isə daha çox iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrdə istehsal olunur. Yaxın gələcəyin yüksək texnologiyalı daha mürəkkəb həyat şəraitində uğurlu insan olmaq üçün ən azı o bilikləri mənimsəmək lazımdır. Biz öz inkişafımızı öz cəmiyyətimiz daxilində bir- birimizə nisbətdə yox, qlobal inkişaf səviyyəsi ilə müqayisədə dəyərləndirməliyik. Buna görə gənclərin xarici ölkələrə üz tutmasında heç bir qəbahət görmürəm. Əksinə, bu gün dünyadakı ən müasir bilik bə bacarıqları mənimsəyən gənclərimizin sayı nə qədər çox olsa onların öz xalqının, millətinin və dövlətinin inkişafına fayda verə bilmək ehtimalı da bir o qədər yüksək olar”.

C.Feyziyev qeyd edib ki,  dünyanın istənilən bölgəsində öz yerini tutmuş yüksək intelektə əsaslanan elmi-texnoloji inkişafın nəticələrini mənimsəyib ölkəmizə daşımaq üçün qapılarımız həmişə açıq olmalıdır:

“Amma o da məlumdur ki, gənclərimiz xaricə təkcə elm və bilik dalınca getmir.  Vaxtilə Rusiyaya, sonralar Türkiyəyə və hətta bəzi Avropa ölkələrinə üz tutmuş əmək miqrantlarımız da var. Bu da az öncə dediyim məsələlərlə birbaşa bağlıdır. Müasir elm və texnologiyalar olmadan ölkə iqtisadiyyatını insanların artan tələbatına uyğun inkişaf etdirmək, kifayət qədər yeni və yüksək mənfəətli iş yerləri yaratmaq mümkün deyil. Ən aşağı yaş pilləsindən yuxarıya doğru keyfiyyətli təhsil, yüksək səviyyəli elmi biliklər, qabaqcıl texnoloğiyaların tətbiqi hər bir ölkədə əmək bazarını daim genişləndirməyə, tənzimləməyə və lazımi balansda saxlamağa imkan verən şərtlər toplusudur. Bu şərtlər yerinə yetirilməyəndə miqrasiya problemləri də qaçılmaz olur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Starlink” peykləri Bakı səmasında…

Next Post

“Fənərbağça” Dzekonun transferini elan etdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Fənərbağça” Dzekonun transferini elan etdi

“Fənərbağça” Dzekonun transferini elan etdi

“Tikinti aparılacaq ərazi mütləq şəkildə araşdırmalıdır” – Vüqar Oruc

"Tikinti aparılacaq ərazi mütləq şəkildə araşdırmalıdır" - Vüqar Oruc

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.