Tunisin cənub sahillərində Avropaya keçməyə çalışan qeyri-qanuni miqrantları daşıyan 3 qayığın batması nəticəsində 2-si körpə olmaqla 3 nəfər ölüb, 12 nəfər isə itkin düşüb.
Elchi.az xəbər verir ki, Tunisin cənubunda yerləşən Sfaks şəhərinin Birinci İnstansiya Məhkəməsinin sözçüsü Fevzi əl-Mesmudi yerli media mənsublarına bildirib ki, son 48 saat ərzində Sfaks şəhəri yaxınlığında qeyri-qanuni miqrantları daşıyan 3 qayıq batıb.
Batan qayıqlardan dənizə düşən 152 nəfərin xilas edildiyini bildirən Mesmudi, 2-si körpə olmaqla 3 nəfərin cəsədlərinə çatdıqlarını, itkin düşən 12 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Nuranə Məmmədova





