Meksikanın Hidalqo əyalətində baş verən meşə yanğınında 10 ev təxliyyə edilərkən, ölkədə 39 min 930 hektar ərazi meşə yanğınları səbəbindən kül olub.
Ölkənin Verakrus ştatının Perote şəhərində baş verən meşə yanğınında 150 hektar ərazi külə qərq olub.
Elchi.az İHA-ya istinadən xəbər verir ki, Verakrus Dövlət Mülki Mühafizə Koordinasiyası, hazırda ştatda 11 aktiv meşə yanğınına müdaxilə edildiyini açıqlayıb.
Meksika Milli Meşə Təsərrüfatı Komissiyasının (CONAFOR) bu gün açıqladığı hesabatda ölkədə 86 aktiv meşə yanğınının olduğu və alovla mübarizəyə 3 min 99 personal və 6 yanğınsöndürmə helikopterinin cəlb edildiyi bildirilib. Bu yanğınlarda 39 min 930 hektar yaşıllıq sahəsi zərər görüb.
Nuranə Məmmədova





