İngiltərədə dərc edilən hesabata görə, keçən il mağazalardan polisə bildirilən oğurluq hadisələri rekordları qırdı. 2023-cü il Cinayət Hesabatına görə, ölkədə 1 milyon 100 min hadisə baş verib.
Elchi.az xəbər verir ki, hesabatda İngiltərədə keçən il polisə bildirilən oğurluq hadisələrinin 1 milyon 100 mini keçərək rekord həddə çatdığı bildirilib.
Dükan sahibləri tərəfindən ən çox oğurlanan əşyaların ət, spirt və qənnadı məmulatları olduğu bildirilən hesabatda bunların narkotik və ya alkoqol aludəçiləri və ya daha böyük mütəşəkkil cinayət qruplarının üzvləri tərəfindən satıla bilən yüksək qiymətli əşyalar olduğu vurğulanıb.
Mağazalardan oğurluq hallarının 63 faizinin təkrar cinayətkarlar tərəfindən törədildiyinə diqqət çəkən hesabatda, müəssisə sahiblərinin 79 faizinin “həyat bahalaşması böhranının oğurluğun artmasına səbəb olduğu” bildirilib.
Bazar işçilərinin 87 faizinin şifahi təhqirə məruz qaldığının da ifadə edildiyi hesabatda iş sahiblərinin törətdikləri cinayətlərin yalnız 16 faizinin polisə bildirdiklərinin təxmin edildiyi vurğulanıb.
Hesabatda biznes sahiblərinin keçən il cinayətin qarşısının alınması üçün tədbirlərə 228 milyon funt sterlinq xərclədiyi də vurğulanıb.
“ACS” polis qüvvələrini və Britaniya hökumətini pərakəndə cinayətləri ciddi qəbul etməyə və yerli biznesi dəstəkləmək üçün daha çox işlər görməyə çağırıb.
Nuranə Məmmədova





