Hindistanın baş naziri Narendra Modi deyib ki, dövlətlər Ukraynada sülhün bərqərar olması və hərbi əməliyyatların dayandırılması üçün mümkün olan hər şeyi etməlidir. Elchi.az TASS-a istinadənnyazır ki, siyasətçi ABŞ-a səfəri zamanı müharibəni dayandırmağa çağırıb.
Baş nazirin sözlərinə görə, son bir neçə ildə hadisələrin dərin dağıdıcı inkişafı baş verib .
Hindistanın Baş naziri həmçinin qeyd edib ki, qlobal nizam BMT Nizamnaməsinin bir sıra prinsiplərinə hörmət və mübahisələrin sülh yolu ilə həllinə əsaslanır.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden və Narendra Modi birgə bəyanat yayaraq, ölkələrin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Havar Şəfiyeva





