Almaniya parlamenti Berlində nasistlər tərəfindən təqib edilən “Yehova Şahidləri” təriqətinin üzvlərinə həsr olunmuş xatirə abidəsinin tikintisinə razılıq verib. Ölkənin mədəniyyət naziri bununla onların “unudulmuş qurbanlar” statusuna son qoyacağına ümid etdiyini bildirib.
Elchi.az bu barədə Apnews.com-a istinadən bildirir.
Cümə axşamı paytaxtın mərkəzi “Tiergarten” parkında xatirə abidəsinin tikintisinə dəstək verməyə çağıran təklifi dəstəklədilər.
Bu, son iki onillikdə Berlində artıq tikilmiş yəhudilərə, geylərə və sinti qaraçılara həsr olunmuş abidələrdən sonra olacaq. Parlament, həmçinin İkinci Dünya Müharibəsində Polşa qurbanlarının xatirəsini yad etmək üçün abidənin tikintisi layihəsini təsdiqləyib.
Mövcud memoriallara nəzarət edən və həmçinin Yehovanın Şahidlərinin abidəsinə cavabdeh olacaq fond qeyd edib ki, nasist rejimi zamanı Yehovanın Şahidlərinin ən azı 1700 üzvü həlak olub.
Yeganə





