Ukrayna Silahlı Qüvvələri gecə saatlarında pilotsuz uçuş aparatlarından istifadə edərək Kurska hücum edib .
Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoit öz Telegram səhifəsində məlumat verib.
“Bizim hava hücumundan müdafiə sistemlərimiz gecə saatlarında Kursk üzərində səmada işləyirdi. Ukrayna Silahlı Qüvvələrinin PUA-nın hücumu uğurla dəf edilib, itki və dağıntı yoxdur”, – deyə o yazıb.
Nuranə Məmmədova





