Rusiyada Vaqner böhranı. Elchi.az xəbər verir ki, Mövzu ilə bağlı ilk açıqlamanı Rusiya prezidenti Putin edib. “Daxili qiyam Rusiyaya zərbədir və cəzası ağır olacaq”, – Putin bildirib.
Putinin çıxışından diqqət çəkən məqamlar bunlardır:
Bizə bütün qüvvələrin birliyi lazımdır.
Xarici düşmənlərimiz bizim birliyimizi pozmaq istəyir.
Onlar rusları ruslara qarşı döyüşdürərək Rusiyanı parçalamaq istəyirlər. Biz Rusiyanın yenidən parçalanmasına imkan verməyəcəyik. Biz xalqımızı qoruyacağıq.
Bu silahlı üsyandır.
Biz dövlətimizi müdafiə etməyə hazırıq. Qarşımızda olan xəyanətdir. Vaqnerin içində satqınlar da var. Silahlı üsyan təşkil etdilər. Dövlətimizə qarşı daxili üsyan Rusiyaya zərbədir. Bunun cəzası çox ağır olacaq. Onların hər biri cəzalandırılacaq.
Vaqnerdəki xainlər silahlı üsyana başladılar, o, cəzasını alacaq.
Cəza çox ağır olacaq.
Şayəstə Hüseynova




