ABŞ və Kanada turistik məqsədlə “Titanik”in qalıqlarına gedərkən itən “Titan” sualtı qayığının partlaması nəticəsində 5 nəfərin ölümünə səbəb olan fəlakəti araşdıracaqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Agentliyindən verilən açıqlamada Titan sualtı qayığının “fəlakətli” partlaması “böyük dəniz fəlakəti” olaraq xarakterizə edilib.
Açıqlamada ABŞ Sahil Mühafizəsinin sualtı qayığın partlaması ilə bağlı araşdırmaya başlayacağı bildirilib.
Kanada Milli Nəqliyyat Təhlükəsizliyi Agentliyi (TSB) də Titanı Kanadanın Nyufaundlend bölgəsindən Atlantik Okeanındakı Titanik qəzasının yerinə aparan “Polar Prince” gəmisinin hərəkətləri ilə bağlı araşdırmalara başlanılacağını açıqlayıb.
Şayəstə Hüseynova





