"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Hər il milyonlarla pul havaya sovrulur – Müsahibə

22 Yanvar 2015 - 13:29
in İDMAN

Son günlərdə ölkə futbolunda baş verən hadisələr hər kəsin diqqət mərkəzindədi. Hamı baş verənlərə bir cür münasibət bildirməyə Sultanov-Yasarçalışır. Qərara gəldik ki, ölkə futboluna yaxşı bələd olan bir şəxslə – “Turan”ın keçmiş vitse-prezidenti Yaşar Sultanovla bəzi məsələləri müzakirə edək.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

– Yaşar bəy, yəqin ki, ölkə futbolunda baş verən hadisələri yaxından izləyirsiz. Robert Prosineçkinin təyinatından başlayaq. Prosineçkinin bizə köməyi dəyəcək?
– Prosineçki futbolçu kimi çox bacaraqlı biri idi. Məşqçi kimi karyerası haqqında məlumatım yoxdu. Onun burda nələr edəcəyini zaman göstərəcək. İlkin təəssüratım yaxşıdı. Çalışqandı, ən əsası, vaxtının çoxunu Azərbaycanda keçirir. Klubların oyunlarını, məşqlərini nəzərdə saxlayır. Hətta uşaq futboluna da diqqət ayırır. Bu, çox yaxşı haldı.

– Prosineçkinin təyinatıyla yanaşı, AFFA tərəfindən iki komitə yaradıldı. Öncə Məşqçilər Komitəsi haqqında fikirlərinizi öyrənmək maraqlı olardı.
– Məşqçilər Komitəsi lazımlı komitədi. Daim fəaliyyətdədilər. Hər bir məsələ üzrə müzakirələr aparırlar, çalışırlar. Bu, müsbət məqamdı. Onlar bütün sahələri nəzarətdə saxlayıb, lazımi tövsiyələri verməlidilər. Komitənin tərkibi sanballı mütəxəssislərdən qurulub. Onların təcrübələri var. Eyni zamanda, əcnəbi baş məşqçisi olan bir milliyə komitə tərəfindən məsələhətlər verilməsi baxımından da yaxşı haldı. Bu komitə daha yaxşı işlər görə bilər. Hər bir sahəyə diqqət yetirsələr, yaxşı olar.

– Klublar Komitəsinin yaradılması isə söz-söhbətlərə yol açdı. Çempionatı təşkil edən, klubları bir bayraq altında birləşdirən Peşəkar Futbol Liqası kimi qurum ola-ola, belə bir komitənin yaradılması nədən irəli gəlir?
– Klublar Komitəsinin nəyə görə yaradıldığını, nə əhəmiyyəti olduğunu mən də bilmirəm. Bu komitənin işinin nə olacağını zaman göstərəcək. Düzdü, bu komitə klublar arasındakı münasibətlər baxımından önəmlidi. Klubların bir-biriylə ünsiyyət saxlayıb, yaranan hansısa problemləri aradan qaldırmaq imkanı olacaq. Bu da peşəkarlıq baxımından önəmlidi.

– Maraqlı məqam odu ki, klub rəhbərləri PFL-in bayrağı altında həll edə bilmədikləri problemləri komitənin iclasında müzakirə edirlər. Məsələn, sponsor, yayım hüququ kimi məsələlər müzakirə edilir. Bunun özü qəribə deyilmi?
– Əslində, PFL və AFFA-nın iclaslarında bütün məsələlər müzakirə edilir. Klubların razılığı olmadan heç bir qərar qəbul edilmir. Məsələn, AFFA qərar verir ki, yayım hüququ klublardan alınsın. Bununla bağlı klubların da fikirləri öyrənilir. Klublar sonradan fikirlərini dəyişdirə bilərlər. Klublar Komitəsi yaranan problemlərin, boşluqların, yeni layihələrin müzakirə edilməsi baxımından çox önəmlidi.

– Son günlər legioner limiti də müzakirə edilir. Sabiq klub rəsmisi kimi sizin bu yöndə təklifiniz maraqlı olardı. Yəqin ki, Komanda.az-ın da limitlə bağlı təklifiylə tanış olmusuz…
– Limitlə bağlı başqa ölkələri təqlid etmək lazım deyil. Biz özümüzə görə qərar verməliyik, futbolumuzu düşünməliyik. Klublarımızın iki azərbaycanlıyla Avropada uğur qazanması futbolumuz adına heç nə verməyəcək. Çalışmalıyıq ki, öz oyunçularımızı yetişdirək. Legionerlərin sayı beşdən çox olmamalıdı. Klub rəhbərləri ölkə daxilində uğur qazanıb, avrokuboklarda bir-iki mərhələ keçməkdə maraqlıdı. Əsas uşaq futboluna diqqət ayırmaq lazımdı. “Xəzər Lənkəran” kimi bölgə təmsilçisi hər il çox sayda futbolçu dəyişir. Halbuki, mən orda yerli futbolçuların yetişəcəyini düşünürdüm. Limit barədə düşünmək lazım deyil. Akademiyalar açmaq lazımdı. Bölgələrdə futbola diqqət ayırmaq lazımdı. Ölkəmizə çox sayda legioner gəlir. Onların çoxunun da yaşı çox olur. Həmin futbolçular karyeralarının qürub çağlarını burda keçirirlər. Onların heç biri bizə xeyir vermir. Mən Kamran Ağayevdən səviyyəli legioner qapıçı, Rəşad Sadıqovdan səviyyəli müdafiəçi, Mahmud Qurbanovdan, Vidadi Rzayevdən səviyyəli yarımmüdafiəçi, Zaur Ramazanovdan, Samir Ələkbərovdan səviyyəli legioner hücumçu görməmişəm. Hər il milyonlarla pul havaya sovrulur. Təkcə pul itirmirik, çox şey itiririk.

– Söz düşmüşkən, “Xəzər Lənkəran” rəhbərliyi bu dəfə fərqli qərar qəbul edib. Mövsümün geridə qalan hissəsində bu klubun akademiyasında yetişmiş gənc futbolçular çıxış edəcək.
– On il sonra? Bu qərarı çoxdan vermək lazım idi. Arxada qalan illər ərzində rəhbərlik komandaya milyonlarla pul ayırıb. Hər il yenidən başlayırdılar. Həmin pula çox iş görmək olardı. Ən əsası, həmin müddət ərzində Lənkəranda çox sayda futbolçu yetişə bilərdi. Bəli, həmin futbolçuların artıq xeyli təcrübəsi vardı. Bu sözlər “Qəbələ”yə də aiddi. Hər il bu klubda köklü dəyişikliklər olur. Halbuki, bu komandanın akademiyası var. Artıq ordan futbolçular çıxmağa başlayır. Onlara şans verməyin vaxtı çatıb. Risk etmək lazımdı. Heç nədən qorxmaq lazım deyil. Futbolumuzun inkişafını istəyiriksə, peşəkar işlər görməliyik. Artıq düzgün yöndə addımlamaq lazımdı.

Heybət Məmmədov(komanda.az)

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda oğlan xalası qızını zorlamaq istədi (VİDEO)

Next Post

Milyonçu yol qəzasında öldü (FOTO)

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Milyonçu yol qəzasında öldü (FOTO)

Sülhməramlılar qayıtdı - FOTO VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.