Qadın qızının evinin qarşısında üstünə benzin töküb özünü yandırmaq istəyib
Qadın qızının evinin qarşısında üstünə benzin töküb özünü yandırmaq istəyib.
ANS PRESS-in məlumatına görə, türk qadının qızı ailə qurandan sonra onunla görüşmək istəməyib. Qadının sözlərinə görə, qızının ailəsi ondan qızıllarını və pul istəyib. Qadın isə buna razı olmadığı üçün qızına onunla görüşməyə icazə verməyiblər, qızının telefon nömrəsini belə ondan gizlədiblər.
Polis intihar etmək istəyən qadını fikrindən döndərməyə çalışsa da qadın öz əməlindən əl çəkməyib. Bunu görən polislərdən biri də qadının bir anlıq başqa tərəfə baxmasından istifadə edib özünü onun üstünə ataraq yerə yıxıb. Daha sonra digər polislərin də köməyilə alışqanı qadının əlindən alıblar və o, polis şöbəsinə aparılıb.




ANS PRESS



