Cənubi Osetiyanın Təhlükəsizlik Şurası şənbə günü təxribatların qarşısını almaq üçün Gürcüstanla dövlət sərhədindəki keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Zaqafqaziya Respublikası prezidentinin mətbuat katibi Natalya Bosikova bildirib.
“Gürcüstan ərazisində yaranmış ağır siyasi vəziyyətlə əlaqədar Cənubi Osetiya Respublikasının dövlət sərhədində təxribatların qarşısının alınması məqsədilə iyunun 27-si saat 09:00-dək “Razdaxan” və “Pereu” dövlət sərhədinin buraxılış məntəqələri müvəqqəti bağlanıb”,-deyə Təhlükəsizlik Şurasının qərarının mətnində bildirilib.
Cənubi Osetiya Dövlət Təhlükəsizlik Komitəsi də öz növbəsində Gürcüstanın qərbyönlü müxalifət qüvvələrinin fəallaşdığını elan edərək, ölkənin birləşməsinə hazırlaşmağın zəruriliyini bəyan edib.
“Bununla əlaqədar olaraq, müxtəlif təxribatlar vasitəsilə Cənubi Osetiya və Gürcüstan sərhədində vəziyyətin sabitliyinin pozulması təhlükəsi qalmaqdadır”, – mətbuat xidməti bildirir.
Yeganə




