Sabunçu rayonunda ölümlə nəticələnən qəza baş verib.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Tərxan Elşən oğlu Qocayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolun hərəkət istiqamətinə qaçmış 5 yaşlı Nurcan Hümbət qızı İsmayılovanı vurub. Nəticədə N.İsmayılova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...




