Bu həftə bütün dünya içərisində 5 turist olan “Titan” sualtı qayığının axtarış prosesini həyəcanla izlədi. Atlantik okeanının 4 min metrliyinə enmiş qayıqda olan 5 nəfərini hamısı dünyasını dəyişib.
Elchi.az-ın BBC.com-a istinadən xəbərinə görə, ehtimal edilir ki, xeyli dərinlikdə olan batiskafı suyun güclü təzyiqi məhv edib.
Həlak olanlardan biri 58 yaşlı britaniyalı iş adamı və tədqiqatçı Hamiş Hardinqdir. Britaniyalı milyarder Dubayda yerləşən “Action Aviation” özəl təyyarə satış şirkətinə rəhbərlik edib. Dostları onu ən inanılmaz təşəbbüslərin arxasınca qaçan macəraçı kəşfiyyatçı adlandırırdılar.
Pakistandan olan 48 yaşlı iş adamı Şahzadə Davud. Britaniyalı iş adamı Şahzadə Davud Pakistanın ən zəngin ailələrindən birindən çıxıb. Davud Pakistanın ən böyük gübrə istehsalçısı olan “Engro” Korporasiyasının vitse-prezidenti idi.
Davudun 19 yaşlı oğlu Süleyman. O, Qlazqodakı “Strathclyde” Biznes Məktəbində təhsilinin birinci ilini başa vurmuşdu. BBC xəbər verir ki, qohumları onun elmi fantastika, voleybolu çox sevdiyini və Rubik kubu yığmağı xoşladığını deyirlər.
61 yaşlı Stokton Raş kampaniyanı təşkil edən “OceanGate” şirkətinin direktoru idi. Raş təcrübəli mühəndis idi. Əvvəllər o, eksperimental təyyarə yaratmışdı, lakin daha sonra həyatının çox hissəsini sualtı qayıqların və cihazların maketlərinin yaradılmasına həsr etdi. Raş 2009-cu ildə “OceanGate”-i təsis edib. Əvvəlcə şirkət sadəcə dərin dəniz səyahətləri təklif edirdi. “Titanik”in batdığı yerə ekspedisiya təşkil etmək ideyası 2021-ci ildə yaranıb.
77 yaşlı fransız tədqiqatçısı Paul-Henri Narjolet dünya şöhrətli sualtı tədqiqatçı, Fransa Hərbi Dəniz Qüvvələrinin keçmiş dalğıcıdır. O, ilk dəfə 1987-ci ildə, gəminin kəşfindən iki il sonra “Titanik”in skeletinin yanına enənlərdən biri olub.
Yeganə




