Futbolda 2023-2024 yay transfer dövrü sabah başlayır və Super Liqa komandaları sabahdan etibarən anlaşdıqları futbolçuları rəsmən açıqlaya biləcək. Transfer pəncərəsi iyunun 26-da başlayacaq və sentyabrın 15-də başa çatacaq.
Superliqa və Avropa liqalarında mübarizə aparan komandalar yeni mövsüm öncəsi heyət planlama işlərinə davam edir.
Elchi.az xəbər verir ki, futbolda “yay transfer dövrü” adlandırılan 2023-2024 mövsümünün ilk transfer və qeydiyyat dövrü sabah başlayacaq.
Transfer işlərini davam etdirən komandalar razılaşdıqları adları rəsmən açıqlamaq üçün transfer mövsümünün açılmasını gözləyir.
Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin qərarına əsasən, sabah başlayacaq yay transfer mövsümü sentyabrın 15-də başa çatacaq.
“Aralıq transfer” adlanan ikinci köçürmə və qeydiyyat dövrü 11 yanvar 2024-cü ildə başlayacaq və 9 fevral 2024-cü ildə başa çatacaq.
Nuranə Məmmədova






