Böyük Britaniyada şarın pilotu onun şarının alov alması və böyük hündürlükdən düşməsi nəticəsində dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və polis gəlsə də, şəxsi xilas edə bilməyib.
“Hava Qəzalarının Təhqiqat Bölməsi əməliyyat-istintaq tədbirləri həyata keçirəcək”, – polisdən bildiriblər.
Böyük Britaniyanın bir sıra regionlarında texniki nasazlıq səbəbindən təcili yardım nömrələrinin səhər saatlarında işləməməsi vəziyyəti çətinləşdirib.
Nuranə Məmmədova






