BMT-nin baş katibi Antonio Quterreş Rusiyada baş verənlərlə bağlı narahatlığını ifadə edib və ölkədə daha da gərginliyin qarşısını almağa çağırıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.
Onun sözlərinə görə, Quterreş Rusiyadakı vəziyyətin inkişafını diqqətlə izləyir və özəl hərbi şirkət Vaqner və onun rəhbəri Yevgeni Priqojinlə vəziyyət fonunda gərginliyin azaldılması ilə bağlı son hesabatlardan xəbərdardır.
Havar Şəfiyeva





