Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Co Baydenlə telefon danışığı keçirib və onunla Rusiyadakı vəziyyəti müzakirə edib.
Elchi.az xəbər verir ki, bu barədə Kanada hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.
Onlar Rusiyadakı mövcud daxili təhlükəsizlik vəziyyətini müzakirə edib, hadisələri yaxından izlədiklərini və sıx əməkdaşlığı dəstəkləyəcəklərini qeyd ediblər. Bundan əlavə, iki ölkə liderləri Ukraynaya sarsılmaz dəstəklərini bəyan ediblər.
Trüdo öz Tvitter səhifəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiyadakı son hadisələri müzakirə etdiyini bildirib .
Nuranə Məmmədova





