Mayın 26-da idman brendi Puma Rusiyadakı baş direktorunu dəyişdi. Artıq 2010-2020-ci illərdə bu idarəyə rəhbərlik etmiş Miroslav Rıba bu vəzifəyə keçib.
Elchi.az xəbər verir ki, bu barədə “Kommersant” yazır.
Nəşrin məlumatına görə, bundan əvvəl o, iki ildən artıq müddətdə şirkətin İsveç, Norveç və Finlandiyada inkişafına cavabdeh olan Puma Nordic bölməsində eyni vəzifəni tutub.
Qeyd olunur ki, Puma-nın Rusiya nümayəndəliyinin əvvəlki baş direktoru Viktoriya Piqalskaya bu vəzifəni təxminən 4 aya qədər tutub.
Bundan əvvəl Puma rusiyalını məhkəməyə vermişdi. Şirkət Çelyabinskdə yaşayan fərdi sahibkar Raxmatjon Teshaboevdən əmtəə nişanlarına müstəsna hüquqların pozulmasına görə 50 min rubl tələb edib.
Nuranə Məmmədova





