ABŞ prezidenti Co Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı olduğu bildirilib.
Elchi.az xəbər verir ki, görüşlə bağlı Ağ Evdən yazılı açıqlama verilib.
Bəyanatda qeyd olunur ki, tərəflər Rusiyanın təcavüzünə qarşı müdafiədə Ukraynaya dəstək məsələsini müzakirə ediblər.
Bayden ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini bir daha təsdiqləyib və ABŞ-ın Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardım göstərməyə davam edəcəyini vurğulayıb.
Bəyanatda Bayden və Zelenski Ukraynanın Rusiyaya hücumunu və Rusiyadakı hadisələri də müzakirə ediblər.
Nuranə Məmmədova





