“Azərbaycan Hava Yolları” Berlinə birbaşa aviareys açır
“Azərbaycan Hava Yolları” Almaniyanın paytaxtı Berlinə birbaşa aviareys açır.
ANS PRESS xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AzərTAc-a bildirib ki, Bakı-Berlin-Bakı istiqamətində birbaşa uçuşlar mayın 2-dən etibarən reallaşacaq.
Uçuş həftənin III və VI günləri həyata keçiriləcək.
Uçuşlar “Aerobus-319” tipli müasir təyyarələrlə yerinə yetiriləcək.
ANS PRESS



