İrlandiyalı deputat Mik Uolles bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna münaqişəsindən ölkənin ərazilərini Qərb şirkətlərinə satmaq üçün istifadə edir.
“Zelenski mövcud münaqişədən gücü cəmləşdirmək və korporativ satışları sürətləndirmək üçün istifadə edir – üç milyon hektardan çox kənd təsərrüfatı sahəsi hazırda Qərbdə yerləşən şirkətlərə məxsusdur. Fəhlə sinfi ukraynalılar nə üçün ölürlər?”
Elchi.az xəbər verir ki, bu barədə siyasətçi öz tvitter hesabında yazıb.
Əvvəllər Uolles Şimali Atlantika Alyansının Ukraynadakı vəziyyətlə bağlı hərəkətlərini dəfələrlə tənqid edib . Beləliklə, o qeyd edib ki, “NATO sülh və təhlükəsizliyin təşviqinə can atmır”.
Nuranə Məmmədova



