Kuba prezidenti Migel Diaz-Kanel Vaqner qrupunun Rusiya hakimiyyətinə qarşı üsyanından sonra Rusiya prezidenti Vladimir Putinə həmrəylik mesajı göndərib.
Elchi.az xəbər verir ki, Tvitter hesabındakı paylaşımında Rusiyanın birliyi və konstitusiya quruluşunun hökm sürəcəyinə inandığını ifadə edən Kanel Putini dəstəkləyib.
Kanel, “Ölkədə baş verən silahlı qiyam və təhrik cəhdləri qarşısında mən Kuba xalqının və hökumətinin hörmətli prezident Putinə və Rusiya Federasiyasının qardaş xalqına həmrəyliyini bildirirəm”,- ifadəsini işlədib.
Nuranə Məmmədova






